Bank Of Baku

MSK-nın jurnalistlər üçün təşkil edəcəyi seminara 35-ə yaxın media təmsilçisi qatılacaq

MSK-nın jurnalistlər üçün təşkil edəcəyi seminara 35-ə yaxın media təmsilçisi qatılacaq
# 21 aprel 2008 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar mətbuat nümayəndələri üçün təşkil edəcəyi “Seçkilər kütləvi informasiya vasitələrində” mövzusunda seminara 35-ə qədər media mənsubu qatılacaq. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aprelin 25-də keçiriləcək seminarda seçki üzrə mütəxəssislər və ATƏT-in Bakı ofisinin təmsilçiləri məruzə ilə çıxış edəcəklər. Jurnalistlərə seçki orqanlarının fəaliyyət prinsipləri, seçici siyahılarının tərtib edilməsi, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsipi, seçkiqabağı təşviqat, prezident seçkiləri zamanı KİV-də təşviqatın aparılması üçün xüsusi tələblər, seçkilər zamanı namizədliyin irəli sürülməsi və qeydiyyatı və digər mövzular izah ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR