Bank Of Baku

AMİP-in kasasiya şikayəti icraata götürülüb

AMİP-in kasasiya şikayəti icraata götürülüb
# 21 aprel 2008 10:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı Ali Məhkəməyə verdiyi kassasiya şikayəti icraata götürülüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP-in şikayətinə hakim Aslan Kalabayevin sədrliyi ilə aprelin 25-də keçiriləcək iclasda baxılacaq. AMİP öz müraciətində Səbayel rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarlarının ləğv olunması və BŞİH-nin hərəkətsizliyi ilə bağlı müvafiq qərarın qəbul edilməsini xahiş edib. Qeyd edək ki, AMİP ötən il müddətində bir neçə dəfə kütləvi aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət etsə də, bu aksiyalara icazə verilməyib. Buna görə də AMİP müvafiq qaydada məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR