Bank Of Baku

Venesiya Komissiyası və Azərbaycan hakimiyyəti arasında Seçki Məcəlləsi ilə bağlı aparılan danışıqlarda açıq qalan məsələlər var

Venesiya Komissiyası və Azərbaycan hakimiyyəti arasında Seçki Məcəlləsi ilə bağlı aparılan danışıqlarda açıq qalan məsələlər var
# 25 aprel 2008 11:09 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasında Seçki Məcəlləsi ilə bağlı aparılan danışıqlar tam konstruktiv xarakter kəsb edib və qarşılıqlı razılaşmalar var”. APA-nın xəbərinə görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov jurnalistlərin müzakirələr zamanı hakimiyyətlə komissiya arasında bəzi məsələlərlə bağlı fikir ayrıqlarının qalması barədə suallarına cavab olaraq bunları deyib: “Elə məsələlər var idi ki, Venesiya Komissiyası orada ictimai-siyasi qüvvələrin də iştirakını nəzərdə tuturdu. Belə məsələlərdə razılığa gəlmək çox çətindir. Məsələn, seçki komissiyalarının tərkibinin formalaşdırılması məsələsini buraya aid etmək olar. Bununla əlaqədar Venesiya Komissiyası ilə hakimiyyət böyük bir tədbir keçirdi. Tədbirə bütün maraqlı tərəflər dəvət olunsa da, təəssüf ki, ortaq rəyə gəlinmədi. Ona görə də bu yöndə açıq qalan məsələlər var”.
Seçki kampaniyasının müddətinin azaldılması ilə bağlı irəli sürülən təkliflər barədə danışan PA rəsmisi deyib ki, parlamentə təqdim olunan layihədə seçki kampaniyasının müddətinin azaldılması ilə bağlı hakimiyyətin təklifi yoxdur: “Amma bəzi siyasi təşkilatlar hesab edir ki, Azərbaycanda dörd ay seçki kampaniyası keçirmək uzun müddətdir. Ola bilsin, bunda həqiqət var. Hər halda, parlamentdə müzakirələr zamanı həmin təşkilatların də hansısa rəyləri nəzərə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR