Bank Of Baku

ABŞ-da ölüm hökmünün tətbiqindən narahatlıq ifadə olunan Avropa İttifaqının bəyannaməsinə Azərbaycan da qoşulub

ABŞ-da ölüm hökmünün tətbiqindən narahatlıq ifadə olunan Avropa İttifaqının bəyannaməsinə Azərbaycan da qoşulub
# 25 aprel 2008 11:54 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Avropa İttifaqı ABŞ-ın Kentukki ştatında ölüm hökmünün hələ də tətbiq olunmasından narahatlıq ifadə edən bəyannamə yayıb. APA-nın Avropa İttifaqının İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, bu bəyannamə ABŞ Ali Məhkəməsinin ölüm hökmü haqqında çıxardığı son qərarla əlaqədar qəbul edilib. Ali Məhkəmənin Erni Fletçerin sədrliyi ilə keçən iclasında Ralf Beyz adlı vətəndaşın xüsusi iynə vuraraq edam edilməsi haqqında qərarı qüvvədə saxlayıb. Avropa İttifaqı məhkəmədən bu qərarı dəyişməyi tələb edib. Bəyannamədə BMT Baş Assambleyasının ötən il dekabrın 18-də ölüm hökmünə moratorium qoyulması haqqında qətnamə qəbul etdiyini də xatırlanır. Ölüm hökmünün yolverilməz olduğunu bildirən Azərbaycan, Türkiyə və Ukrayna da Avropa İttifaqının yaydığı bu bəyannaməyə qoşulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR