Rusiyada nəşr olunan “Uşaqlar üçün ensiklopediya”da Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri Ermənistan torpaqları kimi göstərilib
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov APA-ya açıqlamasında tarixi qaynaqlarda orta əsrlərdə Ermənistan deyilən inzibati ada, əraziyə rast gəlinmədiyini bildirib: “Cənubi Qafqazın yerli əhalisi kənarda qalıb, vaxtilə rusların bu əraziyə köçürdüyü ermənilər haqqında coğrafiya bölümünə “Orta əsr Ermənistanı coğrafiyası” məqaləsi daxil edilib. İlk orta əsrlərdə Bizans dövrü, Ərəb xilafəti işğalı dövrü, Səlcuq dövrü, monqol işğalı dövrü olub. XV-XVIII əsrin I yarısı isə Azərbaycanın Səfəvilər imperiyasının mövcud olduğu dövrdür. 1918-ci ilə qədər Cənubi Qafqaz ərazisində ümumiyyətlə Ermənistan dövləti olmayıb. Heç bir mənbədə Cənubi Qafqazda ermənilərin ölkəsinin adı göstərilməyib. Ermənistan adına Cənubi Qafqazdan kənarda, müasir Türkiyənin Van gölü ətrafında balaca bir knyazlığın ərazisində rast gəlinir. Sonralar isə Çar Rusiyası tərəfindən planlı şəkildə Cənubi Qafqaza 1804-1813, 1826-1828-ci illərdə ermənilərin kütləvi surətdə köçürülməsi həyata keçirilib”.
Tarixçi-alim məqalədə bütün ölkələrdə elm, mədəniyyətin məhv olduğu halda, yalnız Ermənistanda elmin, ədəbiyyatın çiçəklənməsinin göstərilməsinin də yanlış olduğunu açıqlayıb: “Hər hansı bir millətin, etnik qrupun mədəniyyətinin çiçəklənməsi üçün ilkin şərait lazımdır, yəni onun dövləti, iqtisadiyyatı, sabit ictimai-siyasi vəziyyəti olmalıdır. Bütün bunlar olmadığı halda, Ermənistan deyilən naməlum ərazidə elm, maarifçilik necə inkişaf edə bilərdi? Məqaləyə görə, erməni tarixinin atası olan Movses Xorenats bildirir ki, V əsrdən başlayaraq bu ərazilər Ermənistan dövlətinə daxil olub. “Erməni tarixinin atası” olan bu adamı məşhur fransız alimi Avqust Karriyer 1805-ci ildə yazdığı “Qədim tarixdən çıxarışlar” əsərində tarixçilər içində ən böyük fırıldaqçı adlandırıb. Onun nə vaxt yaşadığı da məlum deyil, bəzi mənbələrdə VI, bəzisində isə VII - VIII əsrdə yaşadığı bildirilir”.
Məqalədə Ananiya Şirakatsi, Klavdiy Ptolemeyin adı çəkilir. Verilən xəritənin mənbəyi isə göstərilməyib. Azərbaycan alimi Ptolemeyin xəritəsində də Ermənistan adlı dövlətin olmadığını vurğulayıb: “Təqdim olunan xəritənin hansı dildə olması da qaranlıqdır. Qrafika latıncadır, dili isə anlaşılmır. Xəritədə Ermənistanla qonşu dövlət kimi Rusiya göstərilib. “Rusiya” sözünün meydana gəldiyi tarix isə XVIII əsrdən başlayır. Bu ad I Pyotrun zamanında rus dövlətinə verilib. Ondan əvvəlki dövrlərdə Kiyev Rus Dövləti, Moskva dövləti olubsa, “orta əsr Ermənistan” xəritəsinə “Rusiya” adı necə düşə bilər? Necə ola bilər ki, rusların özlərinin tarixi ədəbiyyatlarında XVIII əsrə qədər rus dövləti yazılmır, amma “orta əsr Ermənistan” xəritəsində Rusiya sözü yazılır? Və ya xəritədə Fars çarlığı yazılıb. Bu ifadə “Parsia” adı ilə e.ə. IX əsrdən məlumdur və kənar, uzaq məkan mənasını verir. Bu ifadə Qərb və Rusiya tarixşünaslığında orta əsrlərdən başlayaraq (XVI əsrdən etibarən) istifadə olunur. Farslar isə ərəb işğalı dövründən 1924-cü ilə hakimiyyətdə olmayıb, yalnız həmin ildə İranda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçiriblər”. Növbəti saxtakarlıq isə məqalədə Atlantik və Hind okeanlarında böyük coğrafi kəşflərlə bağlı məlumatların verilməsidir. Belə çıxır ki, ermənilərin o vaxt böyük tərsanəsi, gəmiləri olub, guya o dövrü bunlar yaradıb. C. Bəhramovun sözlərinə görə, Rusiyada bu səpgidə əsərlərin çapı təsadüfi deyil və ermənilər Azərbaycana qarşı antitəbliğatda Rusiyanın bütün imkanlarından istifadə edirlər: “1919-cu ildə ermənilər Türkiyəyə soyqırımı iddiası qaldıran vaxt ABŞ və Avropa ölkələrində çap olunan 282 belə saxta kitab aşkar edilib. Bu gün Azərbaycan tarixini saxtalaşdırmaqdan ötrü ermənilər artıq 4 milyondan çox kitab nəşr edib, dünyanın müxtəlif ölkələrinin dillərinə çeviriblər. Onlarla mübarizənin yeganə yolu Azərbaycan alimlərinin kitablarının çox böyük tirajla çap etdirmək və müxtəlif ölkələrdə səfirlik, diaspor vasitəsilə yaymaqdır”.
Daxili siyasət
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Xəbər Lenti
İranın İordaniyaya hücumu nəticəsində ABŞ ordusuna aid helikopterlərə ziyan dəyib
ABŞ İrana növbəti hava zərbələri endirməyə başlayıb
Olise DÇ-da rekord qıraraq Peleni geridə qoyub
Rusiya Kiyevə ballistik raketlərlə kütləvi zərbə endirib
Fransada Deşam dövrü rəsmən başa çatıb
Rusiyanın Odessaya hücumu nəticəsində əyləncə parkı vurulub, ölən və yaralananlar var
Mbappe Messini geridə qoyub
DÇ-2026: İngiltərə dünya üçüncüsü olub
Britaniyanın gələcək baş naziri rəqəmsal şəxsiyyət vəsiqələrindən imtina edəcəyini vəd edib
Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil
ABŞ Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində razılıq əldə edib
ABŞ-İran müharibəsi başlayandan bəri 16 ABŞ hərbçisi həlak olub
Heqset iki hərbçinin ölümünün ABŞ-ın qətiyyətini gücləndirəcəyini bildirib
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4328 nəfərə çatıb
Oman sahillərində daha bir tankerə hücum edilib
CENTCOM: İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-ın iki hərbçisi həlak olub, biri itkin düşüb
Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 61 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
İranın Küveytə hücumu nəticəsində bir neçə nəfər yaralanıb
MMU-da yüksək nəticəli abituriyentlər üçün "Açıq qapı” günü keçirilib - FOTO
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 864-ə çatıb
XİN: Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb
XİN rəhbərinin müavini Nyu-York şəhərində səfərdə olub
Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum etsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır
Türkiyədə meşə yanğınları başlayıb
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib - VİDEO
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
İran ABŞ-la İslamabad memorandumunun icrasını dayandırıb
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir
Son həftədə Moskva istiqamətində 2000-ə yaxın dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub
İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
MN-də milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə qərar verilib
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
ABŞ İsrailə əlavə yanacaqdoldurma təyyarələri göndərir
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib - FOTO
Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq - SABAHIN HAVASI
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb