Bank Of Baku

Asim Mollazadə ABŞ-ın Cefferson İnstitutunun tədqiqat işləri üzrə direktoru ilə görüşüb

Asim Mollazadə ABŞ-ın Cefferson İnstitutunun tədqiqat işləri üzrə direktoru ilə görüşüb
# 25 aprel 2008 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda səfərdə olan ABŞ-ın Cefferson İnstitutunun tədqiqat işləri üzrə direktoru Aaron Presnall Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ilə görüşüb. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan cəmiyyətində qadınların rolu və onların vətəndaş cəmiyyətinin qurulmasına verə biləcəkləri töhfələr barədə fikir mübadiləsi aparılıb. A. Mollazadə Azərbaycan qadınlarının müsəlman Şərqində ictimai cəhətdən ən fəal qadınlar olduqlarını bildirib. O, Azərbaycanda qadınların seçki hüquqlarının hətta ABŞ-dan və bir sıra Avropa ölkələrindən daha əvvəl tanındığını vurğulayıb. A. Mollazadə Azərbaycan qadınlarını bütün amillərə görə türk və islam dünyasının lideri adlandırıb. A. Presnall isə cəmiyyətdə qadınların rolu ilə bağlı araşdırma aparmaq məqsədilə Azərbaycana səfər etdiyini deyib. O, Azərbaycanın dünyəvi yönümünü, ölkədə digər dinlərə və milli azlıqlara münasibətdə mövcud olan tolerantlığı yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR