Bank Of Baku

Səməd Seyidov: “Avropa Şurasının Ermənistanla bağlı məruzəsi qurumun mövqeyinə xələl gətirir”

Səməd Seyidov: “Avropa Şurasının Ermənistanla bağlı məruzəsi qurumun mövqeyinə xələl gətirir”
# 25 aprel 2008 13:21 (UTC +04:00)
Ermənistanda baş verən bu qədər haqsızlıqdan sonra hansı Avropa standartlarından danışmaq olar?” APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. AŞ PA-da Ermənistanla bağlı keçirilən müzakirələrə nəzər salmağı vacib sayan nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin çıxışları nəzərə alınmasa, müzakirələr zamanı bu ölkədə baş verənlərlə bağlı cəmi 4 nəfər danışıb: “Bundan sonra hansı tövsiyələrdən danışmaq olar? Biz Avropa Şurası ilə münasibətdə həmişə konstruktiv mövqedə dayanmışıq. Ancaq bir ölkəyə bu şəkildə tövsiyələrin verilməsi, digər ölkədə baş verənlərə isə göz yumulması ümumi demokratiyanın inkişafına müsbət təsir etmir. Digər tərəfdən də bu, Avropa Şurasının mövqeyinə xələl gətirir”. S. Seyidov həmçinin AŞ Nazirlər Komitəsinin Azərbaycanla bağlı tövsiyələrinin öyrəniləcəyini və lazımi addımların atılacağını deyib: “Hər bir məsələyə qanun çərçivəsində baxılacaq. Əminəm ki, Azərbaycan iyun sessiyasına hazır vəziyyətdə gedəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR