Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri: “Qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi üçün çox iş görülməlidir”

ATƏT-in Bakı ofisinin rəhbəri: “Qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi üçün çox iş görülməlidir”
# 25 aprel 2008 13:48 (UTC +04:00)
Seçki mərhələsinin hələ indi başladığını xatırladan cənab Ansola bu səbəbdən seçkiqabağı vəziyyəti şərh etmək istəməyib: “Hazırda həm beynəlxalq təşkilatlar, həm hökumət, həm media üçün vəziyyəti daha da yaxşılaşdırmaq üçün imkan yaranıb. Biz var gücümüzü səfərbər edib seçkilərin şəffaf şəkildə keçirilməsinə çalışmalıyıq. Ona görə də gəlin optimist və nikbin olaq”.
Seçkilərin nəticələrinin ATƏT tərəfindən hansı halda tanınmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandıran ATƏT rəsmisi bildirib ki, ümumiyyətlə, onun təmsil etdiyi təşkilatın səlahiyyətinə seçkilərin nəticələrini qəbul edib-etməmək daxil deyil: “Bu, müşahidə missiyalarının məsuliyyətidir. Onlar müşahidə keçirir və sonradan nəticə ilə bağlı rəy açıqlayırlar. Onlar sadəcə, seçki prosesini müşahidə və təhlil edib, onun beynəlxalq standartlara uyğun olub olmadığı-barədə fikir bildirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR