Bank Of Baku

MTN-in Akademiyasında Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

MTN-in Akademiyasında Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir
# 30 aprel 2008 11:45 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, kursantlar və dinləyicilər arasında “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik orqanları”, “Heydər Əliyev və Azərbaycanın Sərhəd Qoşunları”, “Həyatını xalqa həsr etmiş dahi şəxsiyyət” mövzularında yaradıcılıq, şeir müsabiqələri və yüngül atletika yarışı təşkil olunub. Bundan başqa, intellektual-rinq, şahmat, əlbəyaxa döyüş üzrə yarışlara start verilib, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər ongünlüyü, kursantların Azərbaycanın tanınmış ziyalıları və mədəniyyət xadimləri ilə görüşləri keçirilir. Heydər Əliyevə həsr olunmuş elmi-praktiki konfransın və ədəbi-bədii gecənin, digər mədəni-kütləvi tədbirlərin keçirilməsi də planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR