Bank Of Baku

DAK Azərbaycan nümayəndəliyinin I konfransı keçirilib

DAK Azərbaycan nümayəndəliyinin I konfransı keçirilib
# 30 aprel 2008 11:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin I konfransı keçirilib. APA-nın məlumatına görə, konfransın mandat, nəzarət-təftiş və hesablama komissiyaları seçildikdən və nümayəndəliyin rəhbəri İsmayıl Ağayevin hesabat xarakterli çıxışından sonra DAK sədri Sabir Rüstəmxanlı qurum daxilində baş verənlər və diaspora təşkilatlarının fəaliyyətinə dair məruzə ilə çıxış edib. O, Qulamrza Səbri Təbrizini DAK-ı parçalamaqda ittiham edib: “Qulamrza Səbri Təbrizi İdarə Heyəti ilə razılaşdırmadan qərarlar verirdi. DAK demokratik təşkilat olduğundan, burada belə məsələlərə diqqətlə yanaşılır. Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə DAK-ın birləşməsinə də məhz o mane oldu. Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Əhməd Obalı ilə bu barədə saziş də imzalamışdıq. Lakin Qulamrza Səbri Təbrizi birlik qurultayının keçirilməsinə imkan vermədi”. Konfrans DAK üzvlərinin və qonaqların çıxışı ilə davam etdirilib. Bundan sonra konfransda nümayəndəliyin İdarə Heyəti, sədri və DAK-ın növbədənkənar X qurultayına nümayəndələr seçilib. Konfrans İsmayıl Ağayevin Azərbaycan nümayəndəliyinin sədr kimi təsdiq olunması üçün X qurultaya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR