Bank Of Baku

Mübariz Qurbanlı: “Müsavat Partiyasının mitinqi baş tutmayacaq”

Mübariz Qurbanlı: “Müsavat Partiyasının mitinqi baş tutmayacaq”
# 30 aprel 2008 12:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasının mayın 4-nə təyin etdiyi mitinq baş tutmayacaq. Buna tədbirə icazə verilməməsi yox, vətəndaşların aksiyaya qatılmaması səbəb olacaq”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, Müsavatın sosial bazası kifayət qədər məhduddur və belə sosial baza ilə kütləvi tədbirlər keçirmək mümkün deyil. İcra katibi ümumilikdə müxalifətin böyük kütləvi aksiya keçirməyə qadir olmadığını və prezident seçkiləri zamanı bunun öz təsdiqini tapacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR