Bank Of Baku

İdris Quliyev: “Oğlumun həbsinin və gəlinimə aid sərvətin mənimsənilməsinin təşkilatçısı Rəsul Quliyevdir”

İdris Quliyev: “Oğlumun həbsinin və gəlinimə aid sərvətin mənimsənilməsinin təşkilatçısı Rəsul Quliyevdir”
# 30 aprel 2008 12:58 (UTC +04:00)
Bunu eks-spiker Rəsul Quliyevin bacısının həyat yoldaşı İdris Quliyev APA-ya göndərdiyi açıqlamasında bildirib. İ. Quliyev qeyd edib ki, onlarda olan faktlara görə, ailəsinə edilən hücumlar vahid mərkəzdən idarə olunur.
Ötən ilin oktyabrında, tanımadıqları Qadir Ələsgərov adlı şəxsin saxta etibarnamə əsasında Səbayel Rayon Məhkəməsinin qərarı ilə “Qələbə” MMC tərəfindən gəlini Almaz Quliyevanın adına depozitə qoyulmuş 514 min manat pulu öz adına keçirərək mənimsədiyini xatırladan İ. Quliyev bundan sonra həmin şəxslərin öz əməllərini davam etdirdiyini qeyd edib: “Cinayət əməlini törədənlər əvvəlcədən düşünülmüş ssenariyə uyğun olaraq, diqqəti əsas hədəfdən yayındırmaq, bizi təzyiq altında saxlamaq, hüquqlarımızı müdafiə imkanlarımızı məhdudlaşdırmaq, “səsinizi çıxartsanız, sizin üçün daha pis olacaq” xəbərdarlığı ilə oğlum Elbrus Quliyevi şantaj yolu ilə həbs etdiriblər”. İ. Quliyev ailəyə qarşı cinayət əməlləri törədənlərlə bağlı konkret faktları olduğunu və bunları aidiyyəti orqanlara təqdim edəcəyini bildirib. İ. Quliyev bu addımların arxasında hansı məqsədlərin dayanmasına yaxın vaxtlarda aydınlıq gətirəcəyini də vurğulayıb.
Rəsul Quliyev isə APA-ya açıqlamasında ünvanına səslənən ittihamları qəbul etməyib, İ. Quliyevə cavab vermək istəmədiyini bildirib: “Rza İbadovdan tutmuş adını çəkdiyiniz adama qədər mənə yüzlərlə “başına dönüm, qurban olum” deyənlər, sonradan öz mənafeləri naminə iyrənc böhtanlar söyləyiblər və heç vaxt da heç birinə cavab verməmişəm. Çünki çörəyi tapdalayanların cəzasını əvvəl-axır Allah özü verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR