Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsi AŞ PA-nın Azərbaycanla bağlı tövsiyə xarakterli qətnaməsini təsdiqləyib

Avropa Şurası Nazirlər Komitəsi AŞ PA-nın Azərbaycanla bağlı tövsiyə xarakterli qətnaməsini təsdiqləyib
# 30 aprel 2008 13:01 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Avropa Şurası Nazirlər Komitəsi “Aqo” qrupunun Azərbaycan və Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmə vəziyyətinə dair hesabatı barədə çıxarılmış tövsiyə xarakterli qətnaməni təsdiqləyib. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, tövsiyə xarakteri daşıyan qətnamə müzakirə edilmədən təsdiqlənib.
Qeyd edək ki, qətnamədə Avropa Şurası Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığını dəstəkləyib, ədliyyə sistemində aparılan islahatları bəyənib, KİV sahəsində durumu yaxşılaşdırmaq, xüsusən də 5 jurnalistin əfvinə dair imzalanmış fərmanı yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR