Bank Of Baku

Bavariya parlamentinin nümayəndə heyəti sabah Azərbaycana səfərə gələcək

Bavariya parlamentinin nümayəndə heyəti sabah Azərbaycana səfərə gələcək
# 30 aprel 2008 13:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sabah Bavariya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayır. Bu barədə APA-ya Almaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib. Nümayəndə heyətinə Bavariya parlamentinin deputatı, dövlət büdcəsi və maliyyə məsələləri üzrə komissiyanın sədri Manfred Ax rəhbərlik edir. Bavariyalı parlamentarların səfər çərçivəsində iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Milli Məclisin deputatları, Azərbaycan-Almaniya dostluq qrupunun nümayəndələri və Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovla görüşləri planlaşdırılır. Görüşlər çərçivəsində Azərbaycandakı ümumi vəziyyətlə tanışlıq, Azərbaycanla Bavariya arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və parlamentlər arasında təcrübə mübadiləsi imkanlarının müzakirəsi nəzərdə tutulur. Deputatlar həmçinin, Heydər Əliyev Fonduna, Azərbaycan Milli Elmlər Akademiyası yanında Tarix Muzeyinə baş çəkəcəklər. Bavariya parlamentinin nümayəndə heyətinin səfəri mayın 5-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR