Bank Of Baku

Fazil Qəzənfəroğlu: “ABŞ hökumətinin Azərbaycandakı seçkilər üçün ayırdığı vəsaitin təyinatı üzrə xərclənəcəyinə inanmıram”

Fazil Qəzənfəroğlu: “ABŞ hökumətinin Azərbaycandakı seçkilər üçün ayırdığı vəsaitin təyinatı üzrə xərclənəcəyinə inanmıram”
# 02 may 2008 15:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “ABŞ hökumətinin Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün ayırdığı 3 milyon dollardan artıq vəsaitin təyinatı üzrə xərclənəcəyinə böyük şübhələr var”. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu deyib. O bildirib ki, ABŞ-ın ayırdığı vəsaitin “exit-poll”, səslərin paralel sayılması və hüquq-mühafizə orqanları əməkdaşlarına treninqlərin keçirilməsinə sərf olunması nəzərdə tutulub. Amma bu vəsaitin xərclənməsinə bilavasitə səfirliyin nəzarət edəcəyini söyləyən deputat bunun şübhəli nəticələrinin olacağını düşünür: “Çünki vəsaitin bir qismi Milli Demokratiya İnstitutuna ayrılıb. Bu təşkilat isə ən etimadsız qurumdur, siyasi qüvvələr arasında nüfuzu aşağıdır və korrupsiyaya bulaşmış qurum kimi ad çıxarıb. Ona görə bu vəsaitin şəffaf, təyinatı üzrə xərclənəcəyinə inanmıram. Hesab edirəm ki, ictimai təşkilatlar, QHT-lər ABŞ səfirliyinin bu istiqamətdə fəaliyyətini nəzarət altında saxlamalı, monitorinqini aparmalıdırlar ki, bu vəsaiti hökumət məmurları və müxalifətdə özlərinə yaxın olan şəxslərlə bölüşdürməsinlər. Çünki bundan əvvəl keçirilən seçkilərdə ayrılan vəsaitlər məhz bu şəkildə bölüşdürülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR