Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən XI Avrasiya İqtisadi Zirvə toplantısında çıxış edib

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən XI Avrasiya İqtisadi Zirvə toplantısında çıxış edib
# 02 may 2008 15:52 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, iclasdakı çıxışında dünyadakı yoxsullaşmanın təhlükəli həddə çatdığına diqqəti cəlb edən S. Dəmirəl zəngin ölkələri yoxsulluğun aradan qaldırılması üçün ciddi addımlar atmağa çağırıb. Avropa İttifaqının (Aİ) dünyanın ən güclü iqtisadiyyat, rifah və sülh layihəsi olduğunu xatırladan Dəmirəl Türkiyənin 45 ildir bu təşkilata üzv olmaq üçün çalışdığını və buna nail olacağını bildirib. Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev isə çıxışında ətraf mühit məsələləri üzərində dayanaraq, Rusiyanın Şimal qütbündə apardığı ekspedisiyaları dayandırmasını tələb edib. Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku çıxışında Rumıniyanın Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədiyini deyib. Öz növbəsində S. Dəmirəl Balkan siyasət klubunun üzvü olan keçmiş prezident və baş nazirlərə Türkiyənin Aİ üzvlüyünü dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da çıxış edib. K. Heydərov çıxışında Azərbaycan iqtisadiyyatının dünyada analoqu olmayan templə inkişaf etdiyini deyib: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır, ölkəmizin Avropa və dünya birliyinə inteqrasiyası daha da sürətlənir. Ölkədə aparılmış əsaslı iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın həcmi 2003-cü illə müqayisədə 96 faiz, 2007-ci ildə isə 25 faiz artıb. Bu iqtisadi göstəricilərdən və beynəlxalq təşkilatların açıqladığı rəqəmlərdən çıxış etsək, Azərbaycan inkişaf tempinə görə son illərdə dünyada birinci yerdədir”. O, görülən tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsinin düşdüyünü deyib. Nazir deyib ki, görülmüş tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildə olan 49 faizdən 2008-ci il yanvarın 1-nə olan məlumata görə 16 faizə enib: “Həyata keçirilmiş sosial-iqtisadi islahatlar, düzgün xarici siyasət nəticəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib”. Nazir Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərinin və Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da bildirib.
Nazir həmçinin onu da deyib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ölkəmizin Avropaya inteqrasiya prosesinə müəyyən maneələr yaradır.
Azərbaycan FHN-in fəaliyyətinə də toxunan nazir digər ölkələrdə baş verən və texnogen xarakter daşıyan fövqəladə halların qarşısının alınması və nəticələrinin çevikliklə aradan qaldırılması üçün yardım təklif etdiklərini də deyib.
K. Heydərov Azərbaycanın bərabərhüquqlu tərəfdaşlıq münasibətləri çərçivəsində Avrasiya inteqrasiyası məsələlərinə, qlobal iqtisadi inkişafa öz töhfəsini verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR