Bank Of Baku

Jan Pol Kosta: “Azərbaycanın milli qanunvericiliyində Avropa Konvensiyasına münasibətdəki boşluqları doldurmaq üçün müvafiq addımlar atılmalıdır”

Jan Pol Kosta: “Azərbaycanın milli qanunvericiliyində Avropa Konvensiyasına münasibətdəki boşluqları doldurmaq üçün müvafiq addımlar atılmalıdır”
# 02 may 2008 16:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, Ramiz Rzayev Jan Pol Kostanın bu gün Azərbaycan prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Konstitusiya Məhkəməsinin sədri ilə görüşdüyünü bildirib. Avropa Məhkəməsinin sədri qeyd edib ki, görüşlərinin nəticəsi olaraq, Azərbaycanın gələcəyi ilə bağlı optimist fikirləri var: “Mənim Azərbaycana səfərim ölkənin dövlət orqanları ilə əməkdaşlığımızı daha sıx şəkildə qurmaq istəyindən irəli gəlirdi. Azərbaycan demokratiya quruculuğu prosesini seçib və keçid ölkəsidir. Avropa Məhkəməsi ilə Azərbaycan arasında sıx əlaqə qurulmalıdır ki, bəzi problemlər əvvəlcədən həll olunsun. Avropa Məhkəməsinin sədri kimi çalışacağam ki, Azərbaycanla daha sıx əlaqələr qurulsun”. Jan Pol Kosta Avropa Məhkəməsinin Azərbaycanla bağlı 12 qərarının olduğunu xatırladaraq bildirib ki, sədri olduğu qurum bundan sonra da Azərbaycandan olan şikayətlərə dair çox qərar qəbul edəcək: “Hesab edirəm ki, bu qərarların milli qanunvericiliyə təsiri böyük olacaq”. O, Avropa Məhkəməsinin qərarlarının üzv ölkələr üçün məcburi xarakter daşıdığını qeyd edərək bildirib ki, qərarların presedent hüququ çox ciddi şəkildə üzv dövlətlərin qanunvericiliyinə təsir göstərir. Məhkəmə sədri deyib ki, Azərbaycanın qanunverici orqanı gələcəkdə ölkənin milli qanunvericiliyində Avropa Konvensiyasına münasibətdə mövcud boşluqları doldurmaq üçün müvafiq addımlar atmalıdır. Ərazisi işğal olunan Azərbaycan torpaqlarında vaxtilə yaşayan vətəndaşların Avropa Məhkəməsinə Ermənistanla bağlı etdiyi şikayətlərə münasibət bildirən Jan Pol Kosta deyib ki, Avropa Məhkəməsində həm Azərbaycana, həm də Ermənistana qarşı qaldırılan və həllini gözləyən şikayətlər var: “Hesab edirəm ki, bu cür münaqişələr daha çox iki dövlət səviyyəsində öz siyasi həllini tapmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR