Bank Of Baku

İran Xarici İşlər Nazirliyi Azərbaycan sərhədində saxlanan yükün İrana buraxılması faktını təsdiqləyib

İran Xarici İşlər Nazirliyi Azərbaycan sərhədində saxlanan yükün İrana buraxılması faktını təsdiqləyib
# 03 may 2008 07:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Hüseyni bildirib ki, yük hazırda İran ərazisindədir və yaxın günlərdə “Buşəhr” atom elektrik stansiyasına çatdırılacaq. O, Rusiyanın Azərbaycana yüklə bağlı lazımi sənədləri təqdim etməsindən sonra yükün sərhəddən buraxıldığını deyib. Qeyd edək ki, “Atomstroyeksport” şirkətinin İranın “Buşəhr” atom elektrik stansiyası üçün göndərdiyi istilik-izolyasiya avadanlığı Azərbaycan-İran sərhədində saxlanıb. Azərbaycan tərəfi yükü İrana göndərən Rusiyadan lazımi sənədləri tələb edib. Sənədlər Azərbaycana təqdim olunduqdan sonra yük İran ərazisinə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR