Bank Of Baku

Ramiz Mehdiyev: “Hər dəfə seçkilər ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar və qurumlar Azərbaycana təzyiq göstərməyə çalışırlar”

Ramiz Mehdiyev: “Hər dəfə seçkilər ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar və qurumlar Azərbaycana təzyiq göstərməyə çalışırlar”
# 03 may 2008 10:28 (UTC +04:00)
O, beynəlxalq təşkilatların bu mövqeyinin müəyyən məqsədə hesablandığını bildirib: “Amma Azərbaycan öz yolu ilə gedir və cənab prezidentin rəhbərliyi altında inkişaf edir. Söhbət seçkilərdən gedirsə, bir daha bəyan edirəm ki, Azərbaycan prezident seçkiləri normal və şəffaf keçiriləcək. Hətta ola bilər ki, bu, Azərbaycan tarixində ən demokratik seçki olsun”. Həbsdə olan jurnalistlərin əfv oluna biləcəyi ilə bağlı sualı cavablandıran Ramiz Mehdiyev onların əfvinin gündəlikdə olmadığını deyib. O, Prezident Aparatına amnistiya aktının imzalanmasına dair məlumatların daxil olmadığını da bildirib. Ölkədə söz və mətbuat azadlığının boğulması ilə bağlı müxtəlif beynəlxalq təşkilatların bəyanatlarını dəyərləndirən Ramiz Mehdiyev bu bəyanatların da əsassız olduğunu vurğulayıb: “Hesab edirəm ki, Azərbaycanda mətbuat və söz azadlığı var, inkişaf edir və bu sahədə heç bir məhdudiyyət yoxdur. 1993-cü illə müqayisədə ölkədə söz azadlığı kifayət qədər geniş yayılıb. Azərbaycanda söz azadlığının boğulmasına dair iddialar qeyd etdiyim kimi ölkəmizə qarşı təzyiqin bir formasıdır”. Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərin texniki xarakterli olduğunu bildirən Ramiz Mehdiyev son qərarı yenə də parlamentin verəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR