Bank Of Baku

Azərbaycanın xarici işlər naziri: “Ermənistanın yeni rəhbərliyini münaqişənin tez bir zamanda həllinin onlar üçün faydalı olduğuna inandırmaq lazımdır”

Azərbaycanın xarici işlər naziri: “Ermənistanın yeni rəhbərliyini münaqişənin tez bir zamanda həllinin onlar üçün faydalı olduğuna inandırmaq lazımdır”
# 03 may 2008 10:40 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsinin daxil olan şikayətlərin və qaldırılan məhkəmə proseslərinin sayının artdığından müəyyən çətinliklərlə üzləşdiyini və üzv-dövlətlərin dəstəyinə ehtiyacı olduğunu bildirən qonaq Azərbaycanla da bu xüsusda əməkdaşlığın vacib olduğunu bildirib. O, həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafını, Avropa qurumları ilə yaxın əməkdaşlığını yüksək qiymətləndirib.
Öz növbəsində, E. Məmmədyarov Avropa institutlarına inteqrasiyanın Azərbaycanın xarici siyasət prioriteti və ölkənin gələcək inkişafı üçün əsas istiqamət olduğunu qeyd edərək, Avropa məhkəməsinin də ölkədə məhkəmə islahatlarının keçirilməsində oynaya biləcəyi rolu vurğulayıb. Nazir, həmçinin Ermənistanla mövcud münaqişə haqqında bəhs edib, bu təcavüzün Ermənistanın Avropa institutları qarşısında üzərinə götürdüyü öhdəliklər və Avropa davranış kodeksi ilə bir araya sığmadığını diqqətə çatdırıb. O, Ermənistanın yeni rəhbərliyini münaqişənin tez bir zamanda həllinin onlar üçün faydalı olduğuna inandırmağın vacibliyini qeyd edib, beynəlxalq təsisatların bu məsələdə yardımının gərəkli olacağını söyləyib.
Görüşdə habelə, demokratik təsisatlarla əməkdaşlıq, qanunun aliliyi və demokratik dəyərlərin möhkəmləndirilməsi və digər maraq doğuran məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR