Bank Of Baku

Arif Hacılı: “Seçki komissiyalarının tərkibi dəyişməsə, Müsavat Partiyası komissiyalara nümayəndə göndərmək məsələsinə yenidən baxmayacaq”

Arif Hacılı: “Seçki komissiyalarının tərkibi dəyişməsə, Müsavat Partiyası komissiyalara nümayəndə göndərmək məsələsinə yenidən baxmayacaq”
# 21 may 2008 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər hakimiyyətin təqdim etdiyi kimi olsa və seçki komissiyalarının tərkibi dəyişməsə, Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərmək məsələsinə yenidən baxmayacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavat 2005-ci il parlament seçkilərindən bəri seçki komissiyalarında təmsil olunmaq hüququndan imtina edib və komissiyaların paritet əsaslarla formalaşdırılması tələbini irəli sürüb. A. Hacılı indiki şərtlərlə seçki komissiyalarında təmsil olunmağı effektsiz sayır: “Əlbəttə, seçkilərdə iştirak edən partiya kimi seçki komissiyalarında təmsil olunmamaq bizə problemlər yaradacaq. Amma indiki halda bizim nümayəndələrimizin komissiyalarda iştirakı vəziyyəti dəyişməyəcək və bu, formal xarakter daşıyacaq”. A. Hacılı bu məsələdə partiyada yekdil fikir olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR