Bank Of Baku

Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı ümumrespublika müşavirəsi keçiriləcək

Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı ümumrespublika müşavirəsi keçiriləcək
# 21 may 2008 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Beş müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə ümumrespublika müşavirəsi keçirmək barədə qərar qəbul edib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, bu gün “beşlər” formatında təmsil olunan təşkilatların rəhbərlərinin birgə toplantısı keçirilib. Toplantıda Azərbaycanda prezident seçkiləri öncəsi şərait və Seçki Məcəlləsi ilə bağlı müzakirələr aparılıb. S. Cəlaloğlu bildirib ki, yaxın günlərdə keçiriləcək müşavirədə ölkədə fəaliyyət göstərən bütün müxalifətyönlü təşkilatlar və QHT-lərin dəvət olunması nəzərdə tutulub. Müşavirənin hazırlanması üçün “beşlər”in işçi qrupu yaradılıb. Qeyd edək ki, “beşlər”də ADP, AMİP, Müsavat, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR