Bank Of Baku

Türkiyə Böyük Millət Məclisinin sədri iyunun 17-də Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri iyunun 17-də Azərbaycana səfər edəcək
# 21 may 2008 15:25 (UTC +04:00)
Ankara - APA. Türkiyədə səfərdə olan Azərbaycanın baş naziri Artur Rəsizadə bu ölkənin parlamentinin spikeri Köksal Toptanla görüşüb. APA-nın məlumatına görə, parlamentin Rəyasət Heyəti salonunda keçirilən görüşdə çıxış edən Köksal Toptan Azərbaycanın baş naziri ilə görüşdən məmnun olduğunu bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın ən müxtəlif sahələrdə getdikcə inkişaf etdiyini, Türkiyə Böyük Millət Məclisinin bu əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki parlament arasında əlaqələrin genişlənməsinin dövlətlər arasında qardaşlıq münasibətlərinə müsbət stimul verdiyini bildirib. Köksal Toptan iyunun 17-də Azərbaycana səfər edəcəyini də xatırladıb. Baş nazir Artur Rəsizadə Türkiyəyə səfərdən məmnunluq hissi keçirdiyini bildirib və səmimi qəbula görə Köksala Toptana təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR