Bank Of Baku

GUAM-ın baş katibi Finlandiya xarici siyasət idarəsinin nümayəndəsi ilə görüşüb

GUAM-ın baş katibi Finlandiya xarici siyasət idarəsinin nümayəndəsi ilə görüşüb
# 21 may 2008 15:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. GUAM-ın baş katibi Valeri Çeçelaşvili Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru xanım Tuula Yuryola ilə görüşüb. APA-nın məlumatına görə, V. Çeçelaşvili təşkilatın məqsəd və vəzifələri, GUAM formatında regional layihələrin perspektivləri, Bakı sammitinin yekunları, Tiflis sammitinə hazırlıq barədə məlumat verib. Görüşdə ATƏT-in və quruma sədrlik edən Finlandiyanın GUAM-ın bəzi ölkələrinin ərazilərində münaqişələrin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşməsində rolunun vacibliyi vurğulanıb. Görüşdə Finlandiyanın Ukraynadakı səfiri Krister Mikkelsson iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR