Bank Of Baku

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası rəsmi Tehrana müraciət edib

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası rəsmi Tehrana müraciət edib
# 22 may 2008 08:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (İASMMA) 2006-cı ilin may hadisələrinin ildönümü ilə bağlı İran rəhbərliyinə müraciət edib. Assosiasiyadan APA-ya verilən məlumata görə, müraciətdə İran rəhbərliyi bu məqsədlə keçirilən aksiyaların qarşısını almamağa çağırılıb və azərbaycanlılarının sərbəst toplaşmaq azadlığına hörmət etməsinin zəruriliyi vurğulanıb: “2006-cı il mayın 16-da rəsmi dövlət nəşri olan “İran” qəzeti azərbaycanlıları tarakan kimi təsvir edən və bu həşəratın kökünü kəsməyin on üsulunu öyrədən bir karikatura dərc etdi. Azərbaycanlıların yaşadığı şimal-qərb bölgələrində yüz minlərlə adam karikaturaya, eləcə də dövlət tərəfindən onilliklər boyu məruz qaldıqları diskriminasiyaya etirazını bildirmək üçün nümayişlər keçirdi. Nümayişlərin dağıdılması zamanı tətbiq olunan zorakılıq nəticəsində 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı, çoxlu sayda adam həbs olundu”. Müraciətdə azərbaycanlıların milli və mədəni hüquqlarının məhdudlaşdırılması istiqamətində İran dövlətinin atdığı addımlar da pislənib: “İran rəsmilərini bütün vətəndaşlarının konstitusion hüquqlarına hörmətlə yanaşmağa, azərbaycanlı fəalların həbsinə və onlara qarşı işgəncələrə son qoymağa, azərbaycanlı məhbusları azad etməyə çağırırıq. Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları və demokratik dövlətlər də azərbaycanlıların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına yol verməməli, İrana təzyiqləri gücləndirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR