Bank Of Baku

İranda azərbaycanlı jurnalist həbs olunub

İranda azərbaycanlı jurnalist həbs olunub
# 22 may 2008 08:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Həsən Əli Həcəbollu (Həsən Ərk) mayın 20-də bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, Təbrizdə həbs olunan bu şəxs naməlum istiqamətə aparılıb. Jurnalistin təsisçisi olduğu “azqala” saytının yaydığı məlumatda isə bildirilib ki, Həsən Ərk may hadisələrinin ildönümünə hazırlıqların görülməsində şübhəli şəxs kimi saxlanılıb. Qeyd edək ki, Həsən Ərk 2006-cı ilin may hadisələri zamanı da həbs olunub və bir neçə ay həbsxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR