Bank Of Baku

Müxalifət partiyasının sədri “Azadlıq” blokunun mövqeyini normal hesab etmir

Müxalifət partiyasının sədri “Azadlıq” blokunun mövqeyini normal hesab etmir
# 22 may 2008 08:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ““Azadlıq” bloku Seçki Məcəlləsi ilə bağlı birgə müzakirə aparmaq təklifimizə çox qeyri-normal bir cavab verib. Onlar bizim qarşısıza şərt qoyurlar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, blok cavabında bildirib ki, müxalifətin Seçki Məcəlləsi ilə bağlı qəbul edəcəyi birgə sənəddə bu il keçiriləcək prezident seçkilərinin boykot olunması prioritet olmalıdır: “Biz bloka təklif etmişdik ki, qanunun təkmilləşdirilməsi ilə bağlı ortaq mövqedən çıxış edək. Onlar isə taktiki məsələləri önə çəkirlər. Hər bir partiyanın bu məsələ ilə bağlı öz mövqeyi var, biz də seçkidə iştirakın tərəfdarıyıq. Halbuki boykota üstünlük vermələrini biz onlara irad tutmuruq. Artıq seçkilərdə ortaq mövqedən çıxış etməyimiz alınmadığından, onları təşkil edəcəyimiz müşavirəyə dəvət edəcəyik. İndiki məqamda siyasi qüvvələrin öz mövqelərini ayrılıqda ifadə etməsi yox, birgə mövqe daha əhəmiyyətlidir. Onların mövqeyini normal hesab etmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR