Bank Of Baku

Polşa və İsveç Avropa Birliyinin Azərbaycanla əlaqələri gücləndirməsini istəyirlər

Polşa və İsveç Avropa Birliyinin Azərbaycanla əlaqələri gücləndirməsini istəyirlər
# 22 may 2008 09:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Polşa, İsveç və Avropa Birliyinin bəzi yeni üzvləri qurumun Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusla daha sıx əlaqələr qurması üçün AB rəhbərliyinə təsir göstərməyə çalışırlar. APA-nın “European Times”a istinadən verdiyi məlumata görə, Polşanın baş naziri Donald Tusk və İsveçin baş naziri Frederik Reinfeldt AB-nin gələn ay keçiriləcək sammitində bu ölkələrlə əməkdaşlığın gücləndirilməsi ilə bağlı saziş imzalanmasını istəyirlər. Hər iki ölkə AB ölkələri xarici işlər nazirlərinin gələn həftə keçiriləcək görüşündə bu məsələsini qaldırmaq niyyətindədir. AB-nin adı çəkilən ölkələrə liberal ticarət, Avropaya səyahətin asanlaşdırılması, mədəni mübadilə və siyasi-iqtisadi islahatların keçirilməsi üçün yardım proqramları təklif edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR