Bank Of Baku

Azərbaycanın ayırdığı 500 min ABŞ dolları məbləğində vəsait Myanmanın rəsmi orqanlarına çatdırılıb

Azərbaycanın ayırdığı 500 min ABŞ dolları məbləğində vəsait Myanmanın rəsmi orqanlarına çatdırılıb
# 22 may 2008 09:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan hökumətinin təbii fəlakətdən ziyan çəkmiş Myanmaya ayırdığı 500 min ABŞ dolları məbləğində yardım ünvanına çatdırılıb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Qeyd edək ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 500 min ABŞ dolları məbləğində vəsait ayrılıb. Vəsait təyinatı üzrə Myanma İttifaqının rəsmi orqanlarına Xarici İşlər Nazirliyinin xətti ilə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR