Bank Of Baku

Tacikistan nümayəndələri “Mədəniyyətlərarası dialoqda qadınların rolu” adlı foruma və parlamentin 90 illiyi ilə bağlı tədbirə qatılacaqlar

Tacikistan nümayəndələri “Mədəniyyətlərarası dialoqda qadınların rolu” adlı foruma və parlamentin 90 illiyi ilə bağlı tədbirə qatılacaqlar
# 22 may 2008 09:21 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Tacikistan Dillər Universiteti rektorunun başçılıq edəcəyi nümayəndə heyəti iyunun 10-11-də Bakıda keciriləcək beynəlxalq foruma qatılacaq. Bu barədə APA-ya Azərbaycanın Tacikistandakı səfirliyinin üçüncü katibi Mübariz Cəfərov məlumat verib. O bildirib ki, Tacikistan nümayəndələri Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Mədəniyyətlərarası dialoqda qadınların rolu” adlı forumda iştirak edəcək. Bundan başqa, Azərbaycan parlamentinin yaradılmasının 90 illik yubileyi münasibətilə 18-20 iyun tarıxlərində keçiriləcək tədbirdə Tacikistan Ali Məclisi və Nümayəndələr Məclisinin üzvləri də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR