Bank Of Baku

Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında seçki zamanı kütləvi qanun pozuntuları qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında seçki zamanı kütləvi qanun pozuntuları qeydə alınıb
# 22 may 2008 09:52 (UTC +04:00)
Tiflis APA. Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkənin müxtəlif rayonlarında yerləşən 13 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib və daha 10 məntəqədə nəticələri ləğv etməyə hazırlaşır. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, MSK-nın mətbuat sözçüsü Zurab Kaçkaçişvili nəticələrin ləğvinin qeydə alınmış qanun pozuntuları ilə əlaqədar olduğunu bildirib. Bu pozuntular sırasına qutulara əlavə bülletenlərin atılması, müşahidəçilərin qeyri-qanuni olaraq məntəqələrdən çıxarılması, müşahidəçilərin şikayətlərinin qəbul olunmaması və seçki qutularının zədələnməsi daxildir. Nəticələri ləğv olunan məntəqələr arasında azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı 34, 56, 71 və 76 saylı məntəqələr, Qardabani rayonundakı 25, 58 və 59 saylı məntəqələr də var. Bundan başqa, Marneulidəki 37 saylı, Qardabanidəki 27 saylı, Bolnisidəki 34, 58 və 59 saylı seçki məntəqələrində də səsvermənin nəticələrinin ləğv ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR