Bank Of Baku

Mayın 27-29-da Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 15-ci plenar sessiyası keçiriləcək

Mayın 27-29-da Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 15-ci plenar sessiyası keçiriləcək
# 22 may 2008 11:32 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Mayın 27-29-da Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 15-ci plenar sessiyası keçiriləcək. Sessiya çərçivəsində Konqresin prezidenti, vitse-prezidenti, konqresin iki palatasının prezidenti, 4 komitəsinin sədri seçiləcək, 47 üzv dövlətdən yeni nümayəndə heyətlərinin etimadnaməsi qəbul olunacaq. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin 3-cü katibi Həmid Nəsibovun APA-ya verdiyi məlumata görə, sessiyada Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiyalarının sədrləri və Naxçıvan Ali Məclisindən 2 nümayəndə iştirak edəcək. İlk dəfə olaraq hər nümayəndə heyətinin tərkibi 30 faizi qadınlardan ibarət olacaq. Konqres üzvləri ikinci plenar iclasın da təşkilini müzakirə edəcəklər. Konqresin yekununda Avropa II Urban Xartiyası qəbul ediləcək. Konqres zamanı Avropada yerli və regional demokratiya məsələlərinə dair debat keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR