Bank Of Baku

Yunanıstan xarici işlər nazirinin müavini: “Alternativ mənbə axtarışında olan Avropa İttifaqı Azərbaycanın enerji resurslarını mühüm dəyərləndirir”

Yunanıstan xarici işlər nazirinin müavini: “Alternativ mənbə axtarışında olan Avropa İttifaqı Azərbaycanın enerji resurslarını mühüm dəyərləndirir”
# 22 may 2008 12:30 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Afinada “Sərhədsiz energetika” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, bir gün davam edəcək konfransda neftin qiymətinin bahalaşması, neft ehtiyatlarının tükənməsi, alternativ enerji mənbələrindən istifadə məsələləri müzakirə olunacaq. Konfransın açılış mərasimində çıxış edən Yunanıstan xarici işlər nazirinin müavini Petros Dukas Avropanın alternativ enerji mənbələrinə böyük ehtiyac duyduğunu bildirib. O, Avropa İttifaqının qeyd olunan kontekstdə Azərbaycanın enerji resurslarına böyük əhəmiyyət verdiyini vurğulayıb. Petros Dukas həmçinin Azərbaycanın tranzit ölkə kimi də böyük imkanlarının olduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR