Bank Of Baku

Kiyevdə Viktor Yuşşenko ilə İlham Əliyev arasında təkbətək görüş keçirilib

Kiyevdə Viktor Yuşşenko ilə İlham Əliyev arasında təkbətək görüş keçirilib
# 22 may 2008 12:37 (UTC +04:00)
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Dom Qorodetskoqo” adlanan iqamətgahda keçirilən görüşdə enerji, hərbi-texniki və humanitar sahədə əməkdaşlıq məsələləri və Kiyevdə başlamış enerji sammiti müzakirə olunub. Prezidentlər Ukraynada Xəzər neftinin emalı ilə məşğul olacaq yüksək texnologiyalı birgə müəssisənin yaradılması imkanlarını, hərbi-texniki əməkdaşlığın gücləndirilməsini, Azərbaycan hərbçilərinin Ukraynanın ali hərbi təhsil müəssisələrində təhsil alması məsələlərini də müzakirə ediblər. V. Yuşşenko 1932-1933-cü illərdə Ukraynada baş vermiş və təxminən 10 milyon insanın ölümü ilə nəticələnmiş dəhşətli aclıq (“Qolodomor”) haqqında BMT-də müzakirəyə çıxarılacaq qətnamənin Azərbaycan tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu söyləyib. Ukrayna prezidenti azərbaycanlı həmkarını 1-ci dərəcəli knyaz Yaroslav Mudrı ordeni ilə təltif edib. Bu mükafat İlham Əliyevə Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsindəki şəxsi xidmətlərinə görə verilib. İlham Əliyev də öz növbəsində Viktor Yuşşenkonu Heydər Əliyev ordeni ilə təltif edib. V. Yuşşenko Azərbaycan və Ukrayna xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb. Sonra danışıqlar geniş tərkibdə davam edib. Danışıqların əvvəlində V. Yuşşenko Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bəyan edib. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 43 faiz artığını xatırladan dövlət başçısı əmin olduğunu bildirib ki, bugünkü görüş yeni təşəbbüs və fikirlərin inkişafına təkan verəcək. Danışıqların sonunda bir neçə sənədin imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR