Bank Of Baku

Azərbaycanın baş naziri MDB Hökumət başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gedib

Azərbaycanın baş naziri MDB Hökumət başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gedib
# 22 may 2008 13:03 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Mayın 23-də keçiriləcək iclasın gündəliyinə 21 məsələ salınıb. Onlardan ən əsasları MDB-nin iqtisadi inkişaf Strategiyasının layihəsi, razılaşdırılmış nəqliyyat siyasətinin aparılması və qida təhlükəsizliyinin artırılması üçün birgə tədbirlər kompleksinin hazırlaması məsələləridir. Qeyd edək ki, bu məsələlər üzrə işçi qruplar yaranıb, onlar mütəmadi toplaşaraq hökumət başçıları Şurasına təqdim olunacaq sənədləri müzakirə edirlər. İclasda, həmçinin MDB məkanında işçi-miqrantlar və onların ailələrinin hüququ statusuna dair Konvensiya layihəsi, Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə hazırlıqla bağlı tədbirlər planının layihəsi müzakirə ediləcək. Hökumət başçıları Şurasında sədrlik Ukraynadan Belarusa keçəcək, bu ölkənin baş naziri Şuraya sədrlik edəcək, Ukrayna və Gürcüstanın baş nazirləri isə həmsədrlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR