Bank Of Baku

Strasburqda Azərbaycanın Respublika Günü münasibətilə mədəni tədbirlər keçiriləcək

Strasburqda Azərbaycanın Respublika Günü münasibətilə mədəni tədbirlər keçiriləcək
# 22 may 2008 13:12 (UTC +04:00)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Avropa Şurasının dəstəyi ilə təşkil edilən tədbirlər çərçivəsində bu gün Avropanın ən möhtəşəm kilsələrindən biri olan Strasburq Kafedralında Azərbaycan Uşaq Xorunun və Simfonik Orkestrinin konserti olacaq. Mayın 23-də isə Avropa Şurasının foyesində gənc Azərbaycan rəssamlarının əsərlərinin sərgisi keçiriləcək. Həmin gün Strasburqun “Palais de la Musique” sarayında Azərbaycan Uşaq Xorunun, Azərbaycan Uşaq Simfonik Orkestrinin, Bakı Xoreoqrafiya Məktəbinin və muğam ifaçılarının iştirakı ilə böyük konsert proqramı təşkil olunacaq. Tədbirlərdə Strasburqda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Avropa Şurasının rəhbərliyi, təşkilata üzv ölkələrin daimi nümayəndəliklərinin əməkdaşları, Strasburqun dövlət və yerli özünüidarə orqanlarının məsul şəxsləri, universitet müəllimləri, Azərbaycan diasporunun təmsilçiləri və Strasburqda təhsil alan tələbələr iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR