Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini Çexiyaya səfər edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Çexiyaya səfər edəcək
# 22 may 2008 14:24 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov sabah Çexiyaya səfərə gedəcək. Azərbaycanın Çexiyadakı səfirliyinin mətbuat katibi Arif Məmmədovun APA-ya verdiyi məlumata görə, nazir müavini Çexiya xarici işlər nazirinin birinci müavini Tomaş Poyarla ikitərəfli münasibətlərə dair aktual məsələləri müzakirə edəcək. A. Əzimov “Vışeqrad” qrupunun Çexiya üzrə milli əlaqələndiricisi ilə də görüşəcək və bu əməkdaşlıq formatı ilə GUAM arasında əlaqələr haqqında söhbət aparacaq. Diplomat Çexiya parlamentinin Xarici əlaqələr komissiyasının sədri Yan Hamaçeklə də bir araya gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR