Bank Of Baku

Ukrayna prezidenti Azərbaycana səfər edəcək

Ukrayna prezidenti Azərbaycana səfər edəcək
# 22 may 2008 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko iyulun 1-də Bakıya işgüzar səfərə gələcək. APA-nın məlumatına görə, səfər zamanı Ukraynada Xəzər neftini emal edən müəssisənin yaradılması ilə bağlı yaradılmış işçi qrupun ilk hesabatı müzakirə ediləcək, iki ölkə arasında yanacaq-energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkənin prezidentlərinin iştirakı ilə böyük Ukrayna şairi Taras Şevçenkonun Bakıdakı abidəsinin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Ukraynada hazırlanan abidə “Dostluq” kinoteatrının qarşısındakı parkda qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR