Bank Of Baku

Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin iddiasına baxılıb

Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin iddiasına baxılıb
# 22 may 2008 15:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Bakı şəhər Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ümumvətəndaş pasportu ala bilməməsi ilə bağlı iddiasına baxılıb. APA-nın məlumatına görə, hakim Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə iclası qapalı keçirilib. Məhkəmədən sonra Ə. Kərimli jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin ona pasport verməməsinin qanuna zidd olduğunu deyib. Partiya sədri 1994-cü ildə ona qarşı qaldırılmış cinayət işinin əsassız olduğu söyləyərək bildirib ki, Cinayət Məcəlləsinə əsasən 5 il müddətində bu işə xitam verilməli idi. Məhkəmədə iştirak edən prokurorluq nümayəndəsi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti iclas sabah keçiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli haqqında 1994-cü ildə açılmış cinayət işinin ləğv olunmadığını əsas gətirərək ona ümumvətəndaş pasportu verməkdən imtina edir. Ə. Kərimlinin Nəsimi rayon Məhkəməsində bununla bağlı qaldırdığı iddia təmin olunmayıb. Lakin Ali Məhkəməyə verilmiş kasasiya şikayətində onun iddiası qismən təmin olunub və iş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR