Bank Of Baku

Əli Kərimli: “Müxalifətdə hər kəsin Seçki Məcəlləsi ilə bağlı mövqeyi məlumdur”

Əli Kərimli: “Müxalifətdə hər kəsin Seçki Məcəlləsi ilə bağlı mövqeyi məlumdur”
# 22 may 2008 16:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müxalifətdə hər kəsin Seçki Məcəlləsi ilə bağlı mövqeyi prinsipcə məlumdur. Biz deyirik ki, qanun məqbul deyilsə, seçkini boykot etmək lazımdır. Dostlarımız isə hesab edir ki, qanun məqbul olmasa da, demokratik seçki şəraiti yaradılmasa belə, seçkiyə getmək lazımdır”. APA-nın məlumatına görə, bu sözləri “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “beşlər”in müxalifətin Seçki Məcəlləsinə dəyişikliklər üçün birgə mövqedən çıxış etməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, tərəflərin öz mövqeyini yenidən ifadə etməsi üçün hansısa tədbir keçirməyin mənası yoxdur: “Sonda onsuz da həm bizim, həm də həmkarlarımızın nə deyəcəyi bəllidir. Bizim qanun layihəsinə münasibətdə mövqeyimiz tənqididir. Blok əvvəldən elan edib ki, belə şəraitdə seçkidə iştirakın mənası yoxdur. Yaxın vaxtlarda bu proses başa çatanda müzakirənin nəticəsi olaraq blok son qərarını verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR