Bank Of Baku

Azərbaycan parlamentinin yaranmasının 90 illik yubileyi ilə bağlı xüsusi iclas keçiriləcək

Azərbaycan parlamentinin yaranmasının 90 illik yubileyi ilə bağlı xüsusi iclas keçiriləcək
# 23 may 2008 08:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Vitse-spikerin sözlərinə görə, tədbirdə iştirak etmək üçün dünyanın 70-dən çox ölkəsinə dəvətnamə göndərilib. İclasda həmin dövlətlərin parlament sədrləri və beynəlxalq təşkilatların Parlament Assambleyalarının rəhbərləri iştirak edəcək: “Bundan başqa, yubiley münasibətilə futbol turniri keçirilir. Yubileylə əlaqədar Milli Məclis tərəfindən kitablar, bukletlər və nəşrlər buraxılacaq”.
B. Muradova qeyd edib ki, parlamentin yaz sessiyasında “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” və “Təhsil haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR