Bank Of Baku

Bakıda “Azərbaycan 2008: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Azərbaycan 2008: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilir
# 23 may 2008 08:56 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bakıda “Azərbaycan 2008: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, Milli Məclisin, hökumət üzvlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Azərbaycan Respublikası yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi (LİNKS) birgə təşkil edib. SAM-ın rəhbəri Elxan Nuriyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. LİNKS-in nümayəndəsi Denis Saymut isə çıxışında bildirib ki, 2008-ci il Azərbaycan üçün çox vacibdir. Bu il ölkədə prezident seçkisinin keçiriləcəyini xatırladan D. Saymut Azərbaycanda demokratik seçki keçiriləcəyinə ümidvar olduqlarını deyib. Onun sözlərinə görə, Azərbaycan neft sahəsində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir. Bu da onu göstərir ki, Azərbaycan iqtisadiyyatın liberallaşmasının tərəfdarıdır. D. Saymut bənzər tədbirin bu il iyunun 20-də Londonda keçiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR