Bank Of Baku

Denis Saymut: “Azərbaycanda seçkilərin azad və müstəqil keçirilməyəcəyini düşünməyə əsasımız yoxdur”

Denis Saymut: “Azərbaycanda seçkilərin azad və müstəqil keçirilməyəcəyini düşünməyə əsasımız yoxdur”
# 23 may 2008 09:50 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “Azərbaycan hökuməti oktyabrda azad və müstəqil seçkilər keçirməklə bağlı öhdəlik götürüb, bunun belə olmayacağını düşünməyə heç bir əsasımız yoxdur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə LİNKS təşkilatının Bakı ofisinin rəhbəri Denis Saymut verib. Onun sözlərinə görə, prezident seçkilərinə proses başa çatdıqdan sonra qiymət vermək mümkün olacaq: “Bu kontekstdə media məsələsi də az əhəmiyyət daşımır. Ölkədə kütləvi informasiya vasitələrinin hüquqları təmin olunmalıdır. Bu, hazırda Azərbaycan tərəfi ilə beynəlxalq təşkilatlar arasında keçirilən diskussiyaların əsas mövzularından biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR