Bank Of Baku

Milli QHT Forumu Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirib

Milli QHT Forumu Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirib
# 23 may 2008 09:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı bu gün elmi-praktik konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə forumun üzvü olan təşkilatlar və tarixçilər iştirak ediblər. Tədbirdə ilk olaraq Məmməd Əmin Rəsulzadənin 1953-cü ildə 28 may - Respublika Günü Azərbaycan xalqına ünvanladığı müraciət dinlənilib. MQF-nin prezidentinin səlahiyyətlərini icra edən Rauf Zeyni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan tarixi üçün mühüm hadisə olduğunu deyib, ölkədə demokratik proseslərin başlanğıcı kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu müddətdə elan etdiyi “İnsanlara hüriyyət, millətlərə istiqlal” prinsipinin yerinə yetirilməsi üçün bütün mümkün addımları atıb. Tarixçi alim, professor Şikar Qasımov “Azərbaycan Xalq Cümhuriyyəti və ictimai təşkilatlar” mövzusunda məruzə ilə çıxış edib. O, cümhuriyyət dövründə ictimai təşkilatların inkişafı üçün münbit şərait yaradıldığını, siyasi partiyaların, həmkarlar ittifaqlarının və mətbuatın azad şəkildə fəaliyyət göstərdiyini bildirib. Konfransda iştirak edən digər şəxslər də AXC ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR