Bank Of Baku

Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın iştirakı ilə “Şərq tərəfdaşlığı” adlı təşkilat yaradacağı gözlənilir

Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın iştirakı ilə “Şərq tərəfdaşlığı” adlı təşkilat yaradacağı gözlənilir
# 23 may 2008 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, “Alman dalğası” radiosu hər iki ölkənin öz təkliflərini AB ölkələri xarici işlər nazirlərinin mayın 26-da keçiriləcək iclasında gündəmə gətirəcəklərini xəbər verib. “Şərq tərəfdaşlığı”na 27 AB üzvü və adı çəkilən postsovet ölkələrinin daxil olması nəzərdə tutulub. Yeni yaradılacaq bu qurum çərçivəsində vizaların ləğvi, azad ticarət zonalarının yaradılması və strateji müqavilələr imzalanması haqda danışıqlar aparılacaq. Tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı məsələlərinə dair layihələrin həyata keçirilməsi də planlaşdırılır. Belarus istədiyi təqdirdə bu təşəbbüsə ekspertlər səviyyəsində qoşula, Rusiya isə yalnız yerli təşəbbüslərin, məsələn, Kalininqrad probleminin həllinə cəlb edilə bilər. “Aralıq dənizi ittifaqı”ndan fərqli olaraq, “Şərq tərəfdaşlığı” katibliyə malik olmayacaq, ancaq Avropa Komissiyası tərəfindən koordinasiya olunacaq və Avropa Qonşuluq Siyasəti proqramının büdcəsindən maliyyələşdiriləcək. “Alman dalğası” bildirir ki, Fransa ideyanı dəstəkləyir, Almaniya, Böyük Britaniya və Niderland da ideyaya maraq göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR