Bank Of Baku

Azərbaycan parlamentinin sədri Avropa Şurası ölkələri parlament rəhbərlərinin toplantısında iştirak edir

Azərbaycan parlamentinin sədri Avropa Şurası ölkələri parlament rəhbərlərinin toplantısında iştirak edir
# 23 may 2008 10:18 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, bu gün də davam edəcək toplantıda “Parlamentlər və vətəndaş cəmiyyəti”, “Milli parlamentlər və Avropa Şurası: demokratiya, insan haqları və qanunun aliliyi kimi fundamental dəyərlərin təbliği” mövzuları müzakirə edilir. İlk gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç, həmçinin Türkiyə, Hollandiya, Macarıstan və Albaniya parlament spikerlərinin çıxışları olub. Yığıncaqda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Heyətdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin başçısı Səməd Seyidov və Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev də təmsil olunublar. O. Əsədov Türkiyə, Polşa, Albaniya, Yunanıstan, Bosniya və Herseqovinadan olan həmkarları ilə qeyri-rəsmi görüşlər keçirib. O, həmkarlarını Azərbaycan parlamentinin yaranmasının 90 illiyi ilə əlaqədar Bakıda keçiriləcək təntənəli tədbirə dəvət edib. Spikerlər bu dəvəti məmnuniyyətlə qəbul ediblər.
Bu gün O. Əsədovun AŞ Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupunun üzvləri ilə görüşü gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR