Bank Of Baku

Qriqori Karasin: “Rusiya üçün Xəzər regionunun əhəmiyyəti artır”

Qriqori Karasin: “Rusiya üçün Xəzər regionunun əhəmiyyəti artır”
# 23 may 2008 10:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Rusiya və onun xarici siyasəti üçün Xəzər bölgəsinin əhəmiyyəti son vaxtlar xeyli artıb. Tehranda keçirilmiş son sammit və qəbul olunmuş yekun sənəd Xəzərdə əməkdaşlığın perspektivlərinə və dənizin hüquqi statusu üzrə danışıqların yekunlaşmasına istiqamət verib”. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiyanın Xəzəryanı ölkələrdəki səfirləri ilə Həştərxanda keçirdiyi görüşdə deyib. O bildirib ki, Rusiya Xəzərin akvatoriyasının delimitasiyası istiqamətində mövqelərin yaxınlaşması üçün fəal cəhdlər göstərir, konkret təklif və addımları ilə yeni çağırışlar və təhlükələrlə bağlı əməkdaşlığın qurulmasına öz töhfəsini verir. Nazir müavini bu il Həştərxanda Xəzəryanı dövlətlərin hökumətlərarası iqtisadi konfransının keçirilməsinə hazırlıq gördüklərini də açıqlayıb. Bundan başqa, Bakıda Xəzəryanı dövlətlərin ekspertlərinin təhlükəsizlik məsələləri üzrə xüsusi görüşü keçiriləcək.
Qeyd edək ki, toplantıda Rusiyanın Azərbaycan, İran və Türkmənistandakı səfirləri, Qazaxıstanın Ural şəhərindəki konsulu, Rusiya XİN-in mərkəzi aparatının rəhbər işçiləri, Həştərxan vilayət hökumətinin üzvləri və XİN-in Rusiyanın müxtəlif subyektlərindəki təmsilçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR