Bank Of Baku

Türkmənistan prezidenti Azərbaycana səfəri zamanı yaranmış problemlə bağlı mətbuat katibini cəzalandırıb

Türkmənistan prezidenti Azərbaycana səfəri zamanı yaranmış problemlə bağlı mətbuat katibini cəzalandırıb
# 23 may 2008 10:48 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, prezident Qurbanqulu Berdiməhəmmədov Prezident Aparatının mətbuat katibi Kakageldi Çaryardurdıyevi işində yol verdiyi nöqsanlara görə cəzalandırıb. Nöqsan isə ondan ibarətdir ki, Türkmənistan prezidentinin mayın 19-20-də Azərbaycana rəsmi səfərinin işıqlandırılması zamanı televiziya yayımında qüsurlar və efirdə gecikmələr baş verib. Bundan başqa, K. Çaryardurdıyevə xəbərdarlıq edilib ki, analoji vəziyyətin təkrarlanmaması müvafiq ölçü götürməsə, işindən azad ediləcək. Qeyd edək ki, K. Çaryardurdıyev həm də “Türkmənistan prezidentinin press kuryeri” qəzetinin baş redaktorudur.
Türkmənistan prezidenti rabitə naziri Rəsulberdi Xocaqurbanova da şiddətli töhmət verib. Nazir Konstitusiya abidəsinin mayın 18-də keçirilən açılışı zamanı səsgücləndiricilərdə problemlər yarandığına görə cəzalandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR