Bank Of Baku

ABŞ-ın demokratiya məsələlərinə yardım komissiyasının üzvləri Azərbaycana səfər edəcək

ABŞ-ın demokratiya məsələlərinə yardım komissiyasının üzvləri Azərbaycana səfər edəcək
# 23 may 2008 11:50 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. ABŞ-ın demokratiya məsələlərinə yardım komissiyasının üzvləri Vayne T. Gilkrest, Adam Şiff və Allison Şvartz Azərbaycan, Ermənistan, Pakistan və Əfqanıstana səfər edəcək. APA-nın məlumatına görə, konqresmenlərin səfərinin məqsədi bu ölkələrdə demokratiya məsələləri ilə məşğul olan tərəfdaşları ilə görüşmək, qanunverici orqanlarda şəffaflığın, azadlığın təmin olunması, o cümlədən bu orqanlarda informasiya azadlığına dair fikir mübadiləsi aparmaqdır. Qeyd edək ki, demokratiya məsələlərinə yardım komissiyası dünya üzrə demokratiyanın inkişafının izlənilməsi və təbliğ edilməsi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR