Bank Of Baku

“Aqo” qrupunun rəhbəri dəyişdirilib

“Aqo” qrupunun rəhbəri dəyişdirilib
# 23 may 2008 12:14 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin mayın 21-də keçirilən iclasında “Aqo” qrupuna yeni rəhbər təyin olunması barədə qərar qəbul edilib. APA-nın Avropa bürosunun məlumatına görə, qrupa Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Stelian Stoian rəhbər təyin edilib. O, Rumıniyanın daimi nümayəndəliyinə 2006-cı ildən başçılıq edir. Qeyd edək ki, İsveç dövləti Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyinə görə paralel olaraq “Aqo” qrupuna rəhbərliyi məqbul saymayıb. Bu səbəbdən İsveçin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Pyer Syörgen “Aqo” qrupunun rəhbəri vəzifəsindən istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR